Çərşənbə axşamı, 07 May

"Azərbaycan bu şərtlə savaşın dayandırılmasına razılıq verdi" - Andranik

image

"Kommunikasiya qurulması prosesləri Ermənistan üçün o qədər vacibdir ki, biz Azərbaycanın hər şərtilə bu addımı atmağa hazırıq. Azərbaycanın məmnunluğu Ermənistan Respublikasının sonu deməkdir. Növbəti asimmetriya isə rəsmi İrəvanın bu yaxınlarda aldığı diplomatik şillədir. Məsələ Paşinyanın Ərdoğanla görüşmək istəməsilə bağlıdır. Onlar yenə şərt irəli sürərək görüşü ləğv etdi. Bu, dəhşətli bir diplomatik uğursuzluqdur". 

 Xəbər verilir ki, bu sözləri "Ermənistan" fraksiyasının üzvü, deputat Andranik Tevanyan "Hraparak" nəşrinə müsahibəsi zamanı deyib. 

A.Tevanyan onu da deyib ki,  yeni şərtlər və digər münasibətlər mümkündür, lakin bunun üçün Ermənistanın yeni danışıqçıya ehtiyacı var:

"Çünki yeni lider ilə yeni şərtlər və digər münasibətlər mümkündür. Alçaldılmış bir dövlətin başçısı nə barışı, nə də sülhü bərpa edə bilər. Dünya təcrübəsi göstərir ki, məğlub olan adam danışıqlar apara bilməz. Üz dəyişməlidir, bundan sonra yeni yanaşmalar, yeni münasibətlər olacaq.

Açıq şəkildə etiraf və qəbul etməliyik ki, Azərbaycan Zəngəzur vasitəsilə Naxçıvanla əlaqə yaratmaq şərtilə savaşın dayandırılmasına razılıq verdi. Başqa sözlə desək, onların dayanması ən vacib məqamlardan biri idi, çünki Nikol Paşinyanın başçılıq etdiyi sistem və ordu həm mənəvi, həm də hərbi cəhətdən dağılmışdı". 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24